ÇL-də I təsnifat mərhələsinin ilk 8 görüşündən 5-də qonaqlar qalib gəlib

11-07-2018, 08:16           
ÇL-də I təsnifat mərhələsinin ilk 8 görüşündən 5-də qonaqlar qalib gəlib
Futbol üzrə Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib.

"Report"un məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma keçirilib.

Postsovet ölkələri çempionlarından "Flora" Estoniyada, "Alaşkert" isə Ermənistanda darmadağın olub. Kutaisi "Torpedo"su isə Gürcüstanda Moldova "Şerif"ini minimal fərqlə yenməyi bacarıb.

Makedoniya çempionu "Şkendiya" evdə Uels TNS-ini 5:0 hesabı ilə məğlub edərək, növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edib. Çempionlar Liqasında ilk dəfə təmsil olunan "Drita" evdə İsveç "Malmö"sünə böyük hesabla uduzub.

Ümumilikdə 5 görüşdə qonaqlar, 2-də meydan sahibləri qalib gəlibsə, yalnız 1 oyunda heç-heçə qeydə alınıb.

Çempionlar Liqası, I təsnifat mərhələsi:

10 iyul

19:30 "Flora" (Tallin, Estoniya) - "Hapoel" (Beer-Şeva, İsrail) - 1:4

Qollar: Rauno Sappinen, 73 (penalti ilə) - Ben Sahar, 18. Şir Tzedek, 36 (penalti ilə). Hanan Maman, 53. Hen Ezra, 85

19:30 "Torpedo" (Kutaisi, Gürcüstan) - "Şerif" (Moldova) - 2:1

Qollar: Georgi Kimadze, 24. Georgi Kuxianidze, 64 (penalti ilə) - Zigi Badibanqa, 14

20:00 "Alaşkert" (Ermənistan) - "Seltik" (Şotlandiya) - 0:3

Qollar: Odson Eduard, 45+2. Ceyms Forrest, 81. Kallum Makqreqor, 90

20:00 "Düdelanj" (Lüksemburq) - "Videoton" (Macarıstan) - 1:1

Qollar: Brayan Melisse, 58 - Sabolç Husti, 42

22:00 "Vikinqur" (Farer adaları) - HİK (Helsinki, Finlandiya) - 1:2

Qollar: Qunnar Vatnhamar, 51 - Sebastian Dalström, 9. Atli Qregersen, 29 (öz qapısına)

22:15 "Şkendiya" (Makedoniya) - TNS (Uels) - 5:0

Qollar: İzair Emini, 14. Besart İbrahimi, 38; 53; 60; 66

22:45 "Kork Siti" (İrlandiya) - "Legiya" (Varşava, Polşa) - 0:1

Qol: Mixal Kuxarçik, 79

22:45 "Drita" (Kosovo) - "Malmö" (İsveç) - 0:3

Qollar: Karlos Strandberq, 13. Arnor Traustason, 39. Markus Rozenberq, 82

Azərbaycan çempionu "Qarabağ" mübarizəyə bu gün başlayacaq. Ağdam təmsilçisi Sloveniyanın paytaxtı Lyublyanada "Olimpiya" ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru