"Keşlə" klubu Avropa Liqası üçün sifariş ərizəsini UEFA-ya təqdim edib

11-07-2018, 08:17           
"Keşlə" klubu Avropa Liqası üçün sifariş ərizəsini UEFA-ya təqdim edib
Bakının "Keşlə" klubu Malta "Baltsan"ı ilə keçirəcəyi futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

"Report"un məlumatına görə, siyahıya 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi və 4 hücumçu daxil edilib.

Onların arasında yeni transferlər Miloş Boşançiç və Bahodir Nasimov da yer alıb. 30 yaşlı serbiyalı Boşançiç hücumameylli yarımmüdafiəçidir və son olaraq, Çexiya "Slovan"ında çıxış edib. 31 yaşlı özbəkistanlı hücumçu Nasimov isə əvvəllər "Neftçi"də çıxış edib. O, 2011-2012 mövsümündə Azərbaycan Premyer Liqasının bombardiri olub.

"Keşlə"nin sifariş ərizəsi:

Qapıçılar: 1. Kamran Ağayev, 15. Orxan Sadıqlı, 16. Şahin Zəkiyev

Müdafiəçilər: 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 19. Azər Salahlı, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 65. Cabir Əmirli, 66. Murad Qayalı

Yarımmüdafiəçilər: 7. Vaqif Cavadov, 8. Miloş Boşançiç, 10. Sezar Meza Kolli, 21. Herve Tçami, 24. Fuad Bayramov, 88. Məmməd Quliyev, 90. Ebrima Sohna

Hücumçular: 9. Amil Yunanov, 11. Bahodir Nasimov, 14. Andre Klennon, 39. Əlibəy Məmmədi.

Qeyd edək ki, "Keşlə" "Baltsan"la ilk oyunu iyulun 12-də Maltanın Ta Qali şəhərindəki "Centenary" stadionunda keçirəcək. Cavab görüşü isə iyulun 19-da Bakıdakı "Dalğa Arena"da təşkil olunacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.