FİFA Serbiyanı böyük məbləğdə cərimələyib

17-07-2018, 08:40           
FİFA Serbiyanı böyük məbləğdə cərimələyib
FİFA Serbiya Futbol İttifaqını 54 min İsveçrə frankı məbləğində cərimələyib.

"Report"un məlumatına görə, bu cəza İsveçrə yığmasının oyunçuları Qranit Caka və Cerdan Şakirinin şikayətlərindən sonra tətbiq olunub. Rusiyadakı dünya çempionatında iki ölkənin yığmaları arasında keçirilmiş qrup oyununda serbiyalı azarkeşlər isveçrəli futbolçulara plastik qab və stəkan atıblar. Həmin oyunda İsveçrə qalib gəlib - 2:1.

Qeyd dək ki, FİFA Qranit Caka və Cerdan Şakirini 10 min frank cərimələyib. Onlar Serbiya ilə oyunda qol vurduqdan sonra Albaniya qartalını təsvir ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru