Braziliyalı futbolçunun anası oğurlanıb

17-07-2018, 10:58           
Braziliyalı futbolçunun anası oğurlanıb
Ukraynanın "Şaxtyor" (Donetsk) komandasının futbolçusu Taysonun anası Rozangela Barsellos Freda Braziliyada oğurlanıb.

"Report"un correio24horas.com.br-ə istinadən verdiyi məlumata görə, oğru qadını evinin yanında maşında gözləyib. Rozangela çölə çıxdıqda, həmin şəxs gül buketi ilə onun dalınca düşüb. Sonra o, qadını tutaraq, maşının baqajına salıb və aradan çıxıb.

Hüquq-mühafizə orqanları qadını həmin axşam qonşu yaşayış məntəqəsində tapıblar. Cinayətin bütün iştirakçıları saxlanılıb. Onların sayı və adları açıqlanmır.

Qeyd edək ki, Tayson 2018-ci il dünya çempionatında Braziliya millisinin heyətində yer alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru