“Avtobusdan düşüb onu yerə çırpmaq istəyirdim” – Rus futbolçu xorvatiyalı həmkarı haqda

23-07-2018, 20:50           
“Avtobusdan düşüb onu yerə çırpmaq istəyirdim” – Rus futbolçu xorvatiyalı həmkarı haqda
Rusiya futbol yığmasının hücumçusu Artyom Dzüba oyundan sonra "Eşq olsun Ukraynaya!” qışqıraraq bunu video ilə paylaşan Xorvatiya millisinin müdafiəçisi Domaqoy Vidanın hərəkətinə münasibət bildirib.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Dzübanın sözlərinə görə, xorvatların hərəkəti rusları hələ avtobusda ikən özündən çıxarmışdı.

"İlk reaksiyam – maşından düşüb Vidanı yerə çırpmaq idi. Ancaq sonra bir az soyuduq. Sonradan üzr istədiyinə görə ona qəzəbli deyiləm. O, nə etdiyini bilmirdi” – Dzüba belə deyib.

Dzüba əlavə edib ki, rusların komandasında heç kəs Xorvatiyanın İngiltərə ilə oyunda qalib gələcəyinə inanmırdı. Lakin onlar inadkarlıqları ilə qalib gəldilər:
"Hər kəs düşünürdü ki, ingilislər onları siləcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru