ÇL-də II təsnifat mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR

25-07-2018, 06:36           
ÇL-də II təsnifat mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR


UEFA Çempionlar Liqasında II təsnifat mərhələsi start götürüb. Apasport.az saytının məlumatına görə, ilk olaraq 7 matç oynanılıb.



İlk oyun gününə Qazaxıstanda start verilib. Millimizin yarımmüdafiəçisi Riçard Almeydanın forma geyindiyi “Astana” “Mityulland”ı qəbul edib. Danimarka təmsilçisi ilə oyunda “Qəbələ”nin keçmiş baş məşqçisi Roman Qriqorçuk və eks “Qarabağ”lı Pedro Enrike də səhnəyə çıxıb. "Astana" son dəqiqələrdə vurduğu qol sayəsində minimalhesablı qələbəyə sevinib.




Mərhələnin PAOK – “Bazel” və “Dinamo” – “Hapoel” qarşılaşmaları da maraqla gözlənilirdi. PAOK evdə minimal, "Dinamo" isə böyük hesabla qələbə qazanıb.



Günün son matçında isə “Legiya” gözlənilmədən öz meydanında Trnava “Spartak”ına yenilib.



Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

24 iyul



“Astana” (Qazaxıstan) – “Mityulland” (Danimarka) - 2:1

Qollar: Kleynesler, 31, 90+4 - Vikeym, 51



ÇFR (Kluj, Rumıniya) – “Malmö” (İsveç) - 0:1

Qol: Strandberq, 45



PAOK (Yunanıstan) – “Bazel” (İsveçrə) - 2:1

Qollar: Kanas, 32; Priyoviç, 80 - Ayeti, 82



“Dinamo” (Zaqreb, Xorvatiya) – “Hapoel” (Beer-Şeva, İsrail) - 5:0

Qollar: Hayroviç, 22; Orsiç, 28; Ademi, 51, 62; Hodziç, 82



“Şkendiya” (Makedoniya) – “Şerif” (Moldova) - 1:0

Qol: İbraimi, 24



“Srvena Zvezda” (Serbiya) – “Suduva” (Litva) - 3:0

Qollar: Ebesilio, 23; Radonyiç, 35, 58



“Legiya” (Varşava, Polşa) – “Spartak” (Trnava, Slovakiya) - 0:2

Qollar: Qrendel, 16; Vlasko, 90+3












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru