“Barselona”nı əfv etməyim üçün Messini bizə verməlidirlər”

27-07-2018, 11:06           
“Barselona”nı əfv etməyim üçün Messini bizə verməlidirlər”
“Roma”nın prezidenti Ceyms Pallotta “Barselona”dan narazıdır.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, İtaliya təmsilçisi “Bordo”dan Malkomu transfer etməyə çox yaxın olub.

Tərəflər arasında keçidlə bağlı bütün detallar razılaşdırılsa da, son anda araya girən “Barselona” daha artıq məbləğ təklif etməklə Malkonu heyətinə qatıb.

Bu isə “Roma”nın prezidentini özündən çıxarıb. Pallotta bununla bağlı deyib:

“Barselona” etik hərəkət etmədi. Səhər biz futbolçunun meneceri ilə keçidlə bağlı bütün məsələləri həll etdik. Lakin sonradan transfer baş tutmadı.

Hüquqi cəhətdən vəziyyəti araşdırırıq və “Bordo”nu məsuliyyətə cəlb etməyə çalışırıq. “Barselona” bizdən üzr istədi. Amma mən onların üzrünü qəbul etmirəm. “Barselona”nı əfv etməyim üçün Messini bizə verməlidirlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru