“Qarabağ” – “Kukesi” matçının hakimləri açıqlanıb

28-07-2018, 08:04           
“Qarabağ” – “Kukesi” matçının hakimləri açıqlanıb
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Kukesi” qarşılaşmasına hakim təyinatı açıqlanıb

Trend-in AFFA-nın saytına istinadən verdiyi məlumata görə, oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Peter Kraloviç olacaq. Ona Miroslav Benko və Erik Vayss yardımçı olacaqlar. Ehtiyat hakim isə Patrik Hrçka təyin olunub.

Qeyd edək ki, “Qarabağ” – “Kukesi” matçı avqustun 1-də keçiriləcək və saat 21:00-da başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru