Azərbaycanlı hakim Avropa çempionatında Ermənistan yığmasının yer aldığı qrupa təyinat alıb

30-07-2018, 19:59           
Azərbaycanlı hakim Avropa çempionatında Ermənistan yığmasının yer aldığı qrupa təyinat alıb
Qadın futzalçılardan ibarət milli komandalar arasında ilk dəfə təşkil edilən UEFA Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.

"Report" Azərbaycan Futzal Federasiyasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, FİFA referisi Yusif Nurullayev avqustun 20-dən 24-dək Moldovanın paytaxtı Kişineuda keçiriləcək C qrupunun oyunlarını idarə edəcək.

Qeyd edək ki, bu qrupda ev sahibi Moldova ilə yanaşı, Belarus və Ermənistan yığmaları da yer alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru