"Barselona" tarixində 13-cü dəfə İspaniya Super Kubokunu qazanıb - VİDEO

13-08-2018, 07:16           
"Barselona" tarixində 13-cü dəfə İspaniya Super Kubokunu qazanıb - VİDEO
"Sevilya" və "Barselona" klubları arasında İspaniya Super Kuboku uğrunda oyun keçirilib.

"Report"un məlumatına görə, Mərakeşin Tancer şəhərində təşkil olunmuş görüşdə Kataloniya təmsilçisinin 2:1 hesabı ilə qalib gəlib. Hesabı 9-cu dəqiqədə "Sevilya"nın futbolçusu Pablo Sarabiya açsa da, 42-ci dəqiqədə Jerar Pike, 78-ci dəqiqədə isə Usman Dembele fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.

Beləliklə, "Barselona" tarixində 13-cü dəfə İspaniya Super Kubokunu qazanaraq, 2018-2019 mövsümünə titulla başlayıb.

Qeyd edək ki, Erneste Valverdenin baş məşqçi olduğu komanda ötən mövsüm həm çempionluq, həm də ölkə kubokunu qazanıb. Kubokun finalında "Barsa" məhz "Sevilya"nı 5:0 hesabı ilə yenib. Qaydalara əsasən, hər hansı komanda "qızıl dubl" etdikdə, Superkubok matçında finalçı ilə qarşılaşmalıdır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru