"Arsenal"dan Mxitaryan bəyanatı: "Qarabağ"la oyunda olacaqmı?

2-09-2018, 21:56           
"Arsenal"dan Mxitaryan bəyanatı: "Qarabağ"la oyunda olacaqmı?
Arsenal" Avropa Liqasının qrup mərhələsinin "Qarabağ"la oyunu üçün Bakıya gəlib-gəlməyəcəyi müzakirə olunan erməni futbolçu Henrix Mxitaryanla bağlı bəyanat yayıb.

Teref.az qol.az-a istinadən xəbər verir ki, London klubu öz bəyanatında oyunçularının təhlükəsizliyinin onlar üçün əsas prioritet olduğunu vurğulayıb:

"Oyunçularımızın, işçilərimizin təhlükəsizliyi və mühafizəsi bizim üçün hər zaman əsas məsələdir. Vəziyyəti müzakirə etdikdən, futbolçu ilə danışdıqdan sonra yekun qərarımızı verəcəyik".

Qeyd edək ki, Mxitaryan 2011-ci ildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarına qanunsuz səfər etdiyi üçün onun Azərbaycana girişinə qadağa qoyulub. Bu səbəbdən 29 yaşlı yarımmüdafiəçinin "Qarabağ"la Bakıdakı oyuna gəlməsi qeyri-mümkündür.

Xatırladaq ki, "Qarabağ" E qrupunda "Arsenal", "Sportinq" və "Vorskla" klubları ilə mübarizə aparacaq. Ağdam klubunun ingilislərlə Bakıdakı oyunu oktyabrın 4-də keçiriləcək. Londondakı matç isə dekabrın 14-də oynanılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru