"Qarabağ"ın Avropa Liqasındakı rəqibi Hames Rodriqesi almaq istəyir

5-09-2018, 07:27           
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi Hames Rodriqesi almaq istəyir
Ağdamın "Qarabağ" klubu ilə Avropa Liqasının eyni qrupunda mübarizə aparan London "Arsenal"ı "Bavariya"nın kolumbiyalı yarımmüdafiəçisi Hames Rodriqesin transferində maraqlıdır.

“Report” xəbər verir ki, bu barədə "Don Balon" portalı məlumat yayıb.

Bildirilir ki, London klubu müqavilə ilə İspaniyanın "Real" komandasına məxsus olan 27 yaşlı futbolçuya görə 50 milyon avro ödəməyə hazırdır.

Rodriqes cari mövsümdə "Bavariya"nın heyətində iki oyun keçirib. O, ötən mövsüm müxtəlif turnirlərdə 39 oyunda iştirak edib, 8 qol vurub, 14 məhsuldar ötürmə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru