“Arsenal” “Qarabağ”la oynayacaq oyunçularını açıqladı: Siyahıda Mxitaryan da var

5-09-2018, 07:12           
“Arsenal” “Qarabağ”la oynayacaq oyunçularını açıqladı: Siyahıda Mxitaryan da var
Ağdamın “Qarabağ” klubunun Avropa Liqasındakı rəqibi olan İngiltərənin “Arsenal” klubu turnirdəki oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Oxu.Az xəbər verir ki, təqdim olunan siyahıda 25 futbolçu yer alıb.

Qapıçılar: Petr Çex, Bern Leno, Emiliano Martines, Deyan İliyev

Müdafiəçilər: Sokratis Papastatopulos, Loren Koselni, Ştefan Lixtştayner, Hektor Bellerin, Rob Holdinq, Naço Monreal, Şkodran Mustafi, Karl Cenkinson, Konstantinos Mavropanos, Sead Kolaşinaç

Yarımmüdafiəçilər: Məhəmməd Elneni, Henrix Mxitaryan, Aron Remzi, Məsut Özil, Lukas Torreyra, Metteo Qenduzi, Qranit Caka, Aleks İvobi

Hücumçular: Aleksandr Lyakazett, Emerik Obameyanq, Denni Uelbek

Qeyd edək ki, “Qarabağ”ın “Arsenal” ilə ilk oyunu oktyabrın 4-də Bakıda olacaq. Səfər qarşılaşması isə dekabrın 13-də baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru