“Valensiya”nın yarımmüdafiəçisi Fransa millisindən imtina etdi

9-09-2018, 09:13           
“Valensiya”nın yarımmüdafiəçisi Fransa millisindən imtina etdi
“Valensiya”nın yarımmüdafiəçisi Joffre Kondoqbia Fransa millisində deyil, Mərkəzi Afrika Respublikasının yığmasında oynamağa qərar verib. Trend-in məlumatına görə, futbolçu FİFA-dan bununla bağlı müvafiq icazəni ala bilib.

Kondoqbia Fransada doğulub, lakin valideynləri əslən Mərkəzi Afrika Respublikasındır. Böyük qardaşı Evan bu millidə forma geyinib.

Xatırladaq ki, 25 yaşlı Kondoqbia bundan əvvəl Fransa millisində 5 yoldaşlıq oyununda meydana çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru