Mario Balotelli artıq çəkisinə görə Fransa klubunun heyətindən kənarlaşdırılıb

14-09-2018, 21:24           
Mario Balotelli artıq çəkisinə görə Fransa klubunun heyətindən kənarlaşdırılıb
İtaliya milli komandasının futbolçusu Mario Balotelli Fransanın “Nitsa” klubunun heyətindən müvəqqəti kənarlaşdırılıb.

“Report” “Football Italia”ya istinadən xəbər verir ki, səbəb 28 yaşlı hücumçunun yığma düşərgəsindən artıq çəki ilə qayıtmasıdır. Onun çəkisi 100 kq-dan da artıq olub. Təcrübəli forvard Fransa çempionatının V turunda “Renn” komandası ilə səfər matçında iştirak etməyəcək.

Qeyd edək ki, Mario Balotelli ötən mövsüm Fransa çempionatında 28 oyuna 18 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru