"Zirə"yə texniki məğlubiyyət verilə bilər

16-09-2018, 08:19           
"Zirə"yə texniki məğlubiyyət verilə bilər
Azərbaycan Premyer Liqasının IV turunda keçirilmiş "Səbail" - "Zirə" matçında əsasnamə pozulub.

“Report” xəbər verir ki, buna görə "Zirə" klubuna texniki məğlubiyyət verilə bilər.

Səbəb qəsəbə təmsilçisi tərəfindən oyunun protokoluna 2000-ci il təvəllüdlü futbolçunun adının daxil edilməməsidir.

Məsələyə AFFA İntizam Komitəsinin növbəti iclasında baxılacaq.

Qeyd edək ki, "Səbail" - "Zirə" matçı 1:1 hesabı ilə başa çatıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.