"Sabah" lider oldu - Video

17-09-2018, 07:33           
"Sabah" lider oldu - Video
Sentyabrın 16-da futbol üzrə Azərbaycan Premyer Liqasında 5-ci turun daha bir oyunu keçirilib.

Axar.az xəbər verir ki, turun üçüncü matçında debütant "Sabah" klubu "Əlincə Arena"da "Qəbələ"ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb (1:0). Oyunun taleyini 23-cü dəqiqədə meydan sahiblərinin hücumçusu Marko Deviçin vurduğu qol həll edib. Bu, ukraynalı hücumçunun cari mövsümdə vurduğu 6-ci qol olub və bombardirlik yarışında liderliyə yüksəlib. Bu qələbədən sonra xalını 9-a çatdıran "Sabah" birinci pilləyə yüksəlib. Aktivində 4 xalı olan "Qəbələ" isə 4-cü sıradadır.

Qeyd edək ki, IV turun ilk iki oyununda "Qarabağ" evdə "Sumqayıt"ı məğlub edib - 1:0. "Səbail" - "Zirə" görüşündə isə 1:1 hesablı heç-heçə qeydə alınıb.

Beşinci tura "Neftçi" - "Keşlə" matçı ilə yekun vurulacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru