Çempionlar Liqasının oyununda 5 nəfər öldü - FOTO

17-09-2018, 20:19           
Çempionlar Liqasının oyununda 5 nəfər öldü - FOTO
Afrika Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçından sonra baş vermiş sıxlıq nəticəsində 5 nəfər ölüb.

TEREF.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Anqolanın paytaxtı Luandada yerli "Primeyru di Aqoştu" və Konqo Demokratik Respublikasının "TP Mazembe" komandaları arasındakı qarşılaşmadan sonra baş verib.

Oyunu izləmək üçün stadiona 50 min azarkeş toplaşıb. Matçdan sonra bağlı qapıların gec açılması səbəbindən tamaşaçılar çıxışa doğru qaçmağa başlayıblar. Bu zaman böyük sıxlıq yaranıb. Bəzi şəxslərin polis atlarının ayaqları altında qaldığı bildirilir. Nəticədə 5 nəfər həlak olub, 7 nəfər yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru