UEFA Çempionlar Liqasının qrup mərhələsində I tura yekun vurulacaq
19-09-2018, 08:03
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində I tura yekun vurulacaq.
"Report" xəbər verir ki, ikinci oyun günündə 8 qarşılaşma baş tutacaq. Ötən turnirin qalibi olan İspaniya "Real Madrid"i doğma meydanda İtaliyanın "Roma" klubunu sınağa çəkəcək.
Ulduz futbolçu Kriştianu Ronaldunu heyətinə cəlb edən İtaliya "Yuventus"u isə səfərdə İspaniyanın "Valensiya" komandası ilə qarşılaşacaq.