FİFA-nın üç məmuru futboldan ömürlük uzaqlaşdırılıb

20-09-2018, 00:06           
FİFA-nın üç məmuru futboldan ömürlük uzaqlaşdırılıb
FİFA üç vəzifəli şəxsi ömürlük futbol fəaliyyətindən kənarlaşdırılıb.
“Report” FİFA-nın Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu qərar qurumda korrupsiyaya dair araşdırmalar nəticəsində verilib.
Qərara əsasən, Şimali Amerika Futbol Liqası Direktorlar Şurasının keçmiş sədri Aaron Davidson, Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Ölkələri Konfederasiyasının (CONCACAF) keçmiş attaşesi Kostas Takkas, sabiq idman marketinqi məsləhətçisi Migel Truxilyo bir daha futbol fəaliyyəti ilə məşğul ola bilməyəcəklər.
Eyni zamanda onlar 1 milyon İsveçrə frankı məbləğində cərimələniblər.
Qeyd edək ki, hər üç şəxs FİFA-da da təmsil olunurlarmış.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru