UEFA Avropa Liqasında qrup mərhələsinə start veriləcək

20-09-2018, 07:13           
UEFA Avropa Liqasında qrup mərhələsinə start veriləcək
Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin oyunlarına start veriləcək.

"Report" xəbər verir ki, Azərbaycanın turnirdə yeganə təmsilçisi "Qarabağ" səfərdə Portuqaliya Sportinq ilə üz-üzə gələcək. Ağdam təmsilçinin yer aldığı E qrupundakı "Arsenal" İngiltərədə Ukrayna "Vorskla"sını sınağa çəkəcək.

Azərbaycan milli komandasının futbolçu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstan "Astana"sı da qrupda ilk oyununa çıxacaq. Komanda Ukraynada Kiyev "Dinamo"sunun qonağı olacaq.

Türkiyə təmsilçilərindən "Beşiktaş" evdə Norveçin "Sarpsporq" komandası ilə qarşılaşacaq. "Fənərbağça" isə səfərdə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu isə münasibətlərə aydınlıq gətirəcək.

Türkiyə Kubokunun qalibi kimi Avropa Liqasının qrup mərhələsində çıxış etməyə haqq qazanan "Akhisarspor" Rusiyanın "Krasnodar" klubunu qəbul edəcək.

Avropa Liqası

Qrup mərhələsi, I tur

20 senytabr

A qrup

23:00. AEK (Larnaka, Kipr) - "Sürix" (İsveçrə)

23:00. "Lüdoqorets" (Bolqarıstan) - "Bayer" (Almaniya)

B qrupu

23:00. "Seltik" (Şotlandiya) - "Rusenborq" (Norveç)

23:00. "Leyptsiq" (Almaniya) - "Zaltsburq" (Avstriya)

C qrupu

23:00. "Kopenhagen" (Danimarka) - "Zenit" (Rusiya)

23:00. "Slaviya" (Praqa, Çexiya) - "Bordo" (Fransa)

D qrupu

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Fənərbağça" (Türkiyə)

23:00. "Spartak" (Trnava, Slovakiya) - "Anderlext" (Belçika)

E qrupu

23:00. "Arsenal" (İngiltərə) - "Vorskla" (Poltava, Ukrayna)

23:00. "Sportinq" (Lissabon, Portuqaliya) - "Qarabağ" (Azərbaycan)

F qrupu

23:00. "Düdelanj" (Lüksemburq) - "Milan" (İtaliya)

23:00. "Olimpiakos" (Yunanıstan) - "Betis" (İspaniya)

G qrupu

20:55. "Rapid" (Vyana, Avstriya) - "Spartak" (Moskva, Rusiya)

20:55. "Vilyarreal" (İspaniya) - "Reyncers" (Şotlandiya)

H qrupu

20:55. "Latsio" (İtaliya) - "Apollon" (Kipr)

20:55. "Marsel" (Fransa) - "Ayntraxt" (Almaniya)

I qrupu

20:55. "Beşiktaş" (Türkiyə) - "Sarpsporq" (Norveç)

20:55. "Genk" (Belçika) - "Malmö" (İsveç)

J qrupu

20:55. "Akhisarspor" (Türkiyə)- "Krasnodar" (Rusiya)

20:55. "Sevilya" (İspaniya) - "Standard" (Lyej, Belçika)

K qrupu

20:55. "Dinamo" (Kiyev, Ukrayna) - "Astana" (Qazaxıstan)

20:55. "Renn" (Fransa) - "Yablonets" (Çexiya)

L qrupu

20:55. PAOK (Yunanıstan) - Çelsi" (İngiltərə)

20:55. "Videoton" (Macarıstan) - BATE (Belarus)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.