Qırmızı kart alan Ronaldo meydançanı ağlayaraq tərk edib - FOTO

20-09-2018, 07:29           
Qırmızı kart alan Ronaldo meydançanı ağlayaraq tərk edib - FOTO
"Yuventus"la ilk Çempionlar Liqası matçına "Valensia" debütündə çıxan və 29-cu dəqiqədə qırmızı kartla oyundan kənarlaşdırılan Kristiano Ronaldo, meydançanı ağlayaraq tərk edib.

Open.az xəbər verir ki, UEFA Çempionlar Liqası, H Qrupunun ilk matçında "Yuventus", "Valensia"ya qonaq olub.

3 il ard-arda "Real Madrid" ilə Nəhənglər Liqasını qazanan Kristiano Ronaldo, yeni komandasında ilk Çempionlar Liqası matçına çıxıb.

9 mövsüm "Real Madrid" forması geyinən Ronaldo, bu dəfə İspan komandasına qarşı "Yuventus" formasıyla çıxıb.

Ronaldo, "Valensia" qarşısında 30-cu dəqiqədə qırmızı kart alıb və böyük bir şok yaşayıb.

Kristiano Ronaldo, "Valensia" oyununda aldığı qırmızı kart ilə Çempionlar Liqasında oyundan kənarlaşdırılıb.

Qeyd edək ki, portuqaliyalı futbolçunun karyerasında cəmi 11 qırmızı kart var.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru