"Sportinq"in baş məşqçisi: "Dözdük, özümüzü itirmədik"

21-09-2018, 07:03           
"Sportinq"in baş məşqçisi: "Dözdük, özümüzü itirmədik"
"İlk yarısı çətin keçən oyunda çox yaxşı qələbə qazandıq. "Qarabağ" yaxşı komandadır, rəqib bizə müəyyən problemlər yaratdı. İstədiyimiz qədər olmasa da, hər halda təhlükəli kombinasiyalar qura bildik. Dözdük, özümüzü itirmədik. İkinci hissədə rəqib bizim güclü oyunumuz qarşısında açıldı və çoxlu qol vurmaq üçün kifayət qədər imkan yaratdıq".

"Report" xəbər verir ki, bunu Portuqaliya "Sportinq"inin baş məşqçisi Joze Pezeyru Lissabonda "Qarabağ"a 2:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin ilk tur matçından sonra mətbuat konfransında deyib. 58 yaşlı mütəxəssis xarakter və səbr hesabına qələbəyə nail olduqlarını vurğulayıb. O, komandasının inkişafda olduğunu və xüsusən ikinci hissədə daha yaxşı təsir bağışladıqlarını söyləyib: "Müəyyən zaman kəsiklərində bəzi çətinliklərimiz oldu. Lakin biz daim üstün idik. Belə də davam etməliyik. Keyfiyyətli futbolçularımız var, oyun dinamikamız artır. Bütün oyunçulardan razıyam".

Pezeyru oyun vaxtı zədələnən Jeremi Matyönün durumuna hələ aydınlıq gəlmədiyini də əlavə edib. O ümid etdiyini bildirib ki, zədə ciddi olmayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru