Çempionlar Liqasında I turun ən yaxşı futbolçusu müəyyənləşib

21-09-2018, 18:30           
Çempionlar Liqasında I turun ən yaxşı futbolçusu müəyyənləşib
Çempionlar Liqasında qrup mərhələsinin I turunun ən yaxşı futbolçusu müəyyənləşib.

“Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İspaniya “Barselona”sının ulduz futbolçusu Lionel Messi azarkeşlər arasındakı səsvermənin nəticəsinə əsasən, ilk turun ən yaxşı oyunçusu seçilib.

31 yaşlı argentinalı forvard Pol Poqba (“Mançester Yunayted”, İngiltərə), Nabil Fekir (“Lion”, Fransa) və Ceyms Milner (“Liverpul”, İngiltərə) ilə yarışdan qalib çıxıb. Messi ilk turda Hollandiyanın PSV klubuna qarşı matçda het-trik edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru