Bakıdakı dünya çempionatında bacı-qardaş cüdoçu eyni gündə qızıl medal qazanıblar

21-09-2018, 19:18           
Bakıdakı dünya çempionatında bacı-qardaş cüdoçu eyni gündə qızıl medal qazanıblar
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında növbəti medalçılar müəyyənləşib.

“Report” xəbər verir ki, ikinci yarış günündə qadınların mübarizəsində 52 kq, kişilərdə isə 66 kq çəki dərəcələri üzrə qaliblər bəlli olub.

66 kq çəkidə yaponiyalı Hifumi Abe ardıcıl ikinci il dünya çempionu olub. 52 kq qadınların mübarizəsində isə onun bacısı Uta Abe fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla da Bakıda tarixi hadisə gerçəkləşib. İndiyədək eyni gün və eyni şəhərdə bacı və qardaşın dünya çempionu olması faktına rast gəlinməyib.

66 kq çəkidə qazaxıstanlı Yerlan Serikjanov gümüş, cənubi koreyalı An Baul və ukraynalı Georgi Zantaraya bürünc medala sahib olub.

Qadınlarda isə yaponiyalı Ay Şişime gümüş, fransalı Amandin Buşar və braziliyalı Erika Miranda bürünc medala yiyələniblər.

Qeyd edək ki, Bakıdakı mundialın ilk yarış günündə də tarixi baş verib. Ukraynalı Darya Beloded (48 kq) 17 yaş 11 ay 10 günlüyündə dünya çempionu olub. Beloded böyüklər arasında bu adı qazanan ən gənc cüdoçudur. Bu gün dünya çempionu olan növbəti qadın cüdoçu Uta Abe isə 18 yaş 2 ay 7 günlüyündədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru