Futbolçu rəqibin bütün oyunçularını aldadaraq qol vurdu — VİDEO

23-09-2018, 11:49           
Futbolçu rəqibin bütün oyunçularını aldadaraq qol vurdu — VİDEO
İtaliya “Parma”sının hücumçusu Jervinyo A Seriyasında “Kalyari” ilə oyunda bütün meydanı topla keçərək qol vurub.
“Ölkə.Az” xəbər verir ki, 47-ci dəqiqədə afrikalı legioner topu öz cərimə meydançası yaxınlığında ələ keçirərək irəli atılıb. Ardıcıl bir neçə futbolçunu aldadan Jervinyo rəqib qapısına qədər irəliləyib və qola imza atıb.

Fərqlənmək üçün forvard 80 metr məsafəni qət edib.

Görüş “Parma”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru