“Çelsi” səfərdə büdrədi - Premyer Liqada turun nəticələri
24-09-2018, 07:40

İngiltərə Premyer Liqasında 6-cı tura yekun vurulub.
Publika.az xəbər verir ki, turun açılış oyununda “Fulhem” və “Uotford” üz-üzə gəlib. Bu görüşdə qalib müəyyənləşməyib. "Mançester Yunayted" də "Vulverhempton"la ev oyununda oxşar heç-heçəyə razılaşıb. "Kristal Pelas" - "Nyukasl" matçında isə ümumiyyətlə hesab açılmayıb.
Çempionlar Liqasına məğlubiyyətlə başlayan “Mançester Siti” səfərdə “Kardiff Siti”nin qonağı olub və 5 cavabsız qolla qalib gəlib. "Liverpul" evdə "Sauthempton"u, "Bernli" isə "Bornmut"u böyük hesabla məğlub edib. "Tottenhem" səfərdə "Brayton"dan, "Lester Siti" də evdə "Haddersfild"dən üstün olub.
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Arsenal” isə “Everton”u sınağa çəkib. London klubu bu görüşdə inamlı qələbəyə sevinib. Londonun digər təmsilçisi "Çelsi" isə "Vest Hem"lə səfər oyununda xal itkisi ilə üzləşib.
İngiltərə Premyer Liqası, 6-cı tur
22 sentyabr
Fulhem - Uotford 1:1
Qol: Mitroviç, 78 - Qrey, 2.
Bernli - Bornmut 4:0
Qol: Vidra, 39. Lennon, 41. Barnes, 83; 88.
Kardiff Siti - Mançester Siti 0:5
Qol: Aquero, 32. B.Silva, 35. İ.Gündoğan, 44. Mahrez, 67; 89.
Kristal Pelas - Nyukasl 0:0
Lester - Haddersfild 3:1
Qol: İheanaço, 19. Meddison, 66. Vardi, 75 - Yorgensen, 5.
Liverpul - Sauthempton 3:0
Qol: Hudt, 10-öz qapısına. Matip, 21. Salah, 45.
Mançester Yunayted - Vulverhempton 1:1
Qol: Fred, 18 - Moutinyo, 53.
Brayton - Tottenhem 1:2
Qol: Nokar, 90 - Keyn, 42-pen. Lamela, 76.
23 sentyabr
Vest Hem - Çelsi 0:0
Arsenal - Everton 2:0
Qol: Lakasett, 56. Obameyanq, 59.