"Fənərbağça" - "Beşiktaş" görüşündə qalib müəyyənləşməyib

25-09-2018, 07:21           
"Fənərbağça" - "Beşiktaş" görüşündə qalib müəyyənləşməyib
Türkiyə Super Liqasında VI turun mərkəzi görüşü "Fənərbağça" və "Beşiktaş" komandaları arasında keçirilib.

"Report" xəbər verir ki, "Şükrü Saracoğlu" stadionunda təşkil olunmuş qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

Hesabı 40-cı dəqiqədə qonaqların hücumçusu Rayan Babel açıb. 71-ci dəqiqədə isə Andre Ayyu meydan sahiblərinin bərabərlik qolunu vurub. 90+3-cü dəqiqədə "qara qartallar"ın oyunçusu Caner Erkin qırmızı vərəqə alıb.

Bu nəticədən sonra xallarını 11-ə yüksəldən "Beşiktaş" 4-cü, 7 xala malik "Fənərbağça" 13-cü pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru