Serena Uilyams öz məşqçisini yalan danışmaqda ittiham edib

25-09-2018, 07:31           
Serena Uilyams öz məşqçisini yalan danışmaqda ittiham edib
Amerikalı tennisçi Serena Uilyams "US Open"in finalında ona gizlicə tapşırıq verdiyini deyən məşqçisi Patrik Muradoğlunu tənqid edib.

“Report” xəbər verir ki, onun öz məşqçisini yalan danışmaqda ittiham etdiyi müsahibəsi "The Project" şousunun "Twitter" mikrobloqunda dərc olunub.

İdmançının sözlərinə görə, məşqçi oyun zamanı heç vaxt ona işarə verməyib:

"Onun nə danışdığını anlamıram. Mən ondan soruşdum: heç bir işarə olmayıb. Bizim aramızda heç vaxt heç bir işarə olmayıb. O, əl-qol hərəkətləri ilə mənə nəsə göstərişlər verdiyini deyir".

Tennisçi əlavə edib ki, Muradoğlunun "US Open-2018"in finalında baş verən hadisəni təhrif etməsində heç bir məna görmür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru