Mourinyo onu tənqid edən Poqbanı kapitan sarğısından məhrum edib

26-09-2018, 07:38           
Mourinyo onu tənqid edən Poqbanı kapitan sarğısından məhrum edib
İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Joze Mourinyo fransalı yarımmüdafiəçi Pol Poqbanı kapitan sarğısından məhrum edib.

“Report” xəbər verir ki, portuqaliyalı mütəxəssis fransalı oyunçunun İngiltərə çempionatında "Vulverhempton" ilə matçdan sonra (1:1) verdiyi açıqlamadan əsəbiləşib.

İyirmi beş yaşlı yarımmüdafiəçi mətbuata açıqlamasında komandanın hücum futbolu oynamamasından şikayətlənməklə, Mourinyonu tənqid etmiş olub.

Mourinyo da bu müsahibədən sonra komandanın məşqində "MY"da qaldığı müddətərzində Poqbanın bir daha heç vaxt kapitan olmayacağını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru