Yığmamız bu gün Ermənistanla qarşılaşacaq

28-09-2018, 07:23           
Yığmamız bu gün Ermənistanla qarşılaşacaq
Azərbaycanın kişi və qadınlardan ibarət yığma komandalarının Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti rəqibləri müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, bunlar müvafiq olaraq, Ermənistan və Yunanıstan komandalarıdır.

V turun hər iki görüşü sentyabrın 28-də keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Dörd turdan sonra 8 xala və daha yaxşı göstəricilərə malik Azərbaycanın kişilərdən ibarət komandası 1-ci pillədə qərarlaşıb. Qadın millisi isə 6 xalla 13-cüdür.

Bu gün kişilərdən ibarət yığma İngiltərəyə 3,5:0,5 hesabı ilə qalib gəlsə də, qadın millisi ABŞ-a uduzub - 1,5:2,5.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru