Qurban Qurbanovdan gözlənilməz etiraz - Penaltini kənara vurdurdu
4-10-2015, 22:12
Azərbaycan Premyer Liqasının 7-ci turunun bu gün keçirilən oyununda "Qarabağ" səfərdə "İnter"i 2:0 hesabı ilə məğlub edib.
Komanda.az xəbər verir ki, görüşün son dəqiqələrində baş hakim Elvin Əsgərov "İnter"in qapısına mübahisəli penalti təyin edib və "bankirlər"in qapıçısı Georgi Lomayanı qırmızı vərəqəylə meydandan qovub.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə mübahisəli qərara görə Elvin Məmmədovdan penaltini qeyri-dəqiq yerinə yetirməsini istəyib.
Futbolçu topu qəsdən qapı üzərindən çölə vurub. Qurban Qurbanovun bu qərarı alqışlarla qarşılanıb.