Azərbaycanda 15 yaşlı oğlan 53 yaşlı qadını öldürüb, sonra meyitlə cinsi əlaqəyə girib

30-01-2019, 15:46           
Azərbaycanda 15 yaşlı oğlan 53 yaşlı qadını öldürüb, sonra meyitlə cinsi əlaqəyə girib
Evə girən yeniyetmə qadını öldürəndən sonunla meyitlə cinsi əlaqəyə girib

Füzuli Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qadının xüsusi amansızlıqla qətlə yetirilməsi faktının üstünü açıblar. Qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, qətl yanvarın 28-də Horadiz şəhərində törədilib. A.İsgəndərova ad-soyadlı qadının üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı evdə aşkar edilib.

Bununla bağlı daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları müvafiq tədbirlər həyata keçiriblər - qatilin izinə düşərək onu saxlayıblar. Məlum olub ki, cinayəti törədən şəxs yeniyetmədir.

Füzuli rayonunun hüquq-mühafizə orqanlarındakı mənbənin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, istintaq-əməliyyat qrupunun üzvləri 53 yaşlı A.İsgəndərovanın cəsədində 20 bıçaq yarası aşkar ediblər. Bıçaq zərbələri qadının baş, üz və boyun nahiyəsinə endirilib. Bundan əlavə, qurban zorlanıb.

O da məlum olub ki, qatilin 15 yaşı var və o, tüfeyli həyat tərzi keçirir, vaxtaşırı xırda oğurluqlar edir (adı istintaq maraqlarına görə açıqlanmır-red.). Yanvarın 27-dən 28-nə keçən gecə yeniyetmə oğurluq məqsədilə tək yaşayan qadının evinə girib. Bildirilir ki, o, bir dəfə də bu evə oğurluq üçün giribmiş.

Bu dəfə isə cinayətkar pul axtarmaq məqsədilə paltar dolabına soxulub. Dolabın qapısı cırıldayıb və evin sahibi səsə yuxudan oyanıb. Oğrunu görən qadın qışqırmağa başlayıb. Yeniyetmə dərhal onun üstünə cumub və dalbadal bıçaq zərbələrini qadına endirib. Qadının öldüyünə əmin olandan sonra oğlan onun meyiti ilə cinsi əlaqəyə girib.

Faktla bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb, istintaq davam edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.