Çində yaşayış binasında partlayış olub, ölənlər və yaralananlar var

31-01-2019, 07:56           
Çində yaşayış binasında partlayış olub, ölənlər və yaralananlar var
Çində yaşayış binasında güclü partlayış olub.

“Report” xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb.

Məlumata görə, hadisə Çançun şəhərinin mərkəzinə yaxın yaşayış binasının 4-cü mərtəbəsində baş verib. Partlayış zamanı 8 nəfər həlak olub, daha 3 nəfər yaralanıb.

Qeyd edilir ki, hadisəyə maye qazdan istifadə qaydasının pozulması səbəb olub.

Daha əvvəl Çinin Hebey əyalətinin kimyəvi maddələr zavodu yaxınlığında baş vermiş partlayış nəticəsində 22 nəfər ölüb, daha 22 nəfər isə yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru