Bundan sonra məhkumlar görüntülü danışacaqlar

1-02-2019, 12:30           
Bundan sonra məhkumlar görüntülü danışacaqlar
İtaliyada məhkumların ailələri və yaxınları ilə "Skype" vasitəsilə əlaqə yaratmasına imkan yaradacaq qanun qüvvəyə minəcək.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İtaliyanın Ədliyyə Nazirliyi məlumat yayıb.

Nazirlikdən məhkumların ayda 6 dəfə "Skype" vasitəsilə əlaqə yaratmasına icazə veriləcəyi bildirilib: "Məhkumların uşaqları, valideynləri və arvadları ilə görüşməsi asanlaşacaq. Bu zaman gözləmə müddəti və həbsxanada görüşlər azalacaq".

Danışıqlar təhlükəsizlik tədbirləri altında baş tutacaq. Bir həbsxana işçisi məhkumun görüş zamanı nə etdiyini izləyəcək və uyğunsuz hərəkət vəziyyətində görüşə xitam səlahiyyətinə malik olacaq.

Sözügedən qanun İtaliyanın bəzi həbsxanalarında tətbiq ediləcək. Daha sonra ölkə miqyasında bütün həbsxanaları əhatə edəcək şəkildə genişləndiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru