Abşeronda gənc oğlan kişini bir yumruğa yerə sərdi – Maşına minib qaçdı (ANBAAN KADRLAR)

1-02-2019, 17:04           
Abşeronda gənc oğlan kişini bir yumruğa yerə sərdi – Maşına minib qaçdı (ANBAAN KADRLAR)
Abşeron rayonunda insident yaşanıb.

Teref.az minval.info-ya istinaən xəbər verir ki, hadisə Xırdalan şəhərində “Kristal Abşeron” yaşayış kompleksinin ərazisində baş verib.

Bu barədə həmin binada yaşayan sakinlərdən biri məlumat verib. Onun sözlərinə görə, dava bir neçə ay öncə baş verib.

Belə ki, ailələr arasında mübahisə olan zaman mühafizəçi onları sakit olmağa, ətrafdakı insanları narahat etməmə çağırıb. Ara sakitləşəndən bir qədər sonra hadisənin iştirakçısı olan orta yaşlı kişi əsəbini soyuda bilməyib. O, səbəbsiz yerə binanın həyətinə daxil olan taksi sürücüsünün üstünə qışqırıb. Ardınca sükan arxasından qalxıb ələn şəxslə və yanındakı dostu ilə mübahisə etməyə başlayıb. Şahidlərin deməsinə görə, üzbəüz danışdığı gənc marketə daxil olan zaman onun ünvanına nalayiq ifadə işlədib. Bu zaman bir qədər öncə oğlanın yanında dayanan şəxs kişiyə qəfildən yumruq zərbəsi vurub.

Yaşlı kişi aldığı zərbədən yerə yıxılıb və ətrafdakı insanların köməkliyi ilə özünə gəlib.

Hadisə şahidi bildirib ki, zərbənin gücündən huşunu itirən kişi Türkiyə vətəndaşıdır və yanındakı xanım ona tez-tez “paşam” deyə müraciət edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.