İranda kosmik mərkəzdə yanğın olub, 3 alim ölüb

4-02-2019, 09:35           
İranda kosmik mərkəzdə yanğın olub, 3 alim ölüb
İranda Kosmik Araşdırma Mərkəzindəki yanğın nəticəsində 3 alim ölüb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Nəqliyyat və İnformasiya və Texnologiyaları naziri Məhəmmədcavad Azeri-Cehromi bildirib.

Onun sözlərinə görə, yanğın səbəbi hələ məlum deyil.

Nazir bildirib ki, yanğın 1979-cu il fevralın11-də baş vermiş inqilabın 40-cı ildönümü ilə bağlı keçirilən tədbirdə baş verib.

Qeyd edək ki, yanvarın 15-də İran “Peyam” (“Mesaj”) adlı yerli istehsal olan süni peyki kosmosa buraxmışdı, ancaq peyk qəzaya uğramışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru