İdlibdə atışma səngimir: Türkiyəyə axın yenidən başlayır

4-02-2019, 21:40           
İdlibdə atışma səngimir: Türkiyəyə axın yenidən başlayır
Suriyada Bəşər Əsəd və İranı dəstəkləyən silahlı qruplar İdlibdə atəşkəsi pozmağa davam edir.
Muxalifet.az xəbər verir ki, bu dəfə silahlı qruplar İdlibdə artilleriya hücumları ilə mülki vətəndaşları hədəf alıb. Hücum nəticəsində 19 mülki vətəndaş həyatını itirib, 85-dən çox vətəndaş isə yaralanıb.
Bildirilir ki, Türkiyədən Suriyaya geri dönən vətəndaşlar yenidən qonşu ölkəyə üz tutmağa başlayıb.
Qeyd edək ki, ötən ilin son aylarına yaxın Rusiya və Türkiyə prezidentləri Soçidə İdlibdə atəşkəs əldə edilməsi barədə razılıq əldə etmişdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru