ABŞ-da ticarət mərkəzində partlayış olub, ölən var

5-02-2019, 07:53           
ABŞ-da ticarət mərkəzində partlayış olub, ölən var
ABŞ-da ticarət mərkəzində partlayış olub.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə Albukerke şəhərində (Nyu-Meksika ştatı) "Coors and Central" ticarət mərkəzində baş verib.

Albukerke polisindən bildirilib ki, partlayış zamanı həlak olan var.

"Partlayış zamanı bir nəfər ölüb. Zərərçəkənlər barədə məlumat daxil olmayıb", - deyə şəhər polisinin "Twitter" səhifəsində bildirilir.

Polisdən həmçinin bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Partlayışın təfərrüatı açıqlanmır.

Daha əvvəl ABŞ-ın Kaliforniya ştatının Yorbi Linda şəhərində "Cessna 414A" modelli ikimühərrikli təyyarə qəzaya uğrayaraq evə çırpılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru