Hizbullah İsrailə qarşı savaşa başlayır? - Müharibə anonsu
21-04-2019, 10:19
Hizbullah təşkilatı İsraillə savaşa başlaya bilər.
Axar.az xəbər verir ki, bu barədə jurnalist Eliyah Maqnier məlumat yayıb. O, Hizbullah təşkilatının lideri Həsən Nəsrullahın iclaslardan birində komandirlərinə İsraillə müharibənin mümkün olduğunu dediyini bildirib.
Xatırladaq ki, bundan əvvəl İsrail Müdafiə Qüvvələri komandirlərindən Yoel Strik açıqlamasında İsrailə sızmağa çalışarlarsa, Hizbullahı məhv edəcəyini söyləyib.