Bu dövlət qurumu əhalidən torpaq alacaq - QƏRAR VERİLDİ

21-04-2019, 10:21           
Bu dövlət qurumu əhalidən torpaq alacaq - QƏRAR VERİLDİ
Nazirlər Kabineti “Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi altına düşən torpaqları dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə” qərar verib.

Publika.az xəbər verir ki, qərara əsasən Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi altına düşən torpaqların özgəninkiləşdirilməsi ilə əlaqədar həmin torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti həmin torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanununun tələblərinə uyğun olaraq həyata keçirməli və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etməlidir

Bu qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru