Şri-Lanka teraktının təşkilatçısı ölkədəki lüks otellərdən birində ölü tapılıb.
"Yeni Sabah" xarici KİV-lərə istinadən xəbər verir ki, “İŞİD”ın qollarından biri olan “Camaat ət-Tauhid əl-Vataniya” qruplaşmasına rəhbərlik edən Zəhran Haşim “Şanqri-La” mehmanxanasında naməlum şəraitdə ölüb.
Qeyd edək ki, Şri-Lankadakı hadisə aprelin 21-də baş verib və 253 nəfərin ölümü, 521 nəfərin yaralanması ilə nəticələnib.