Rusiyada raket zavodu yanır - VİDEO 26-04-2019, 18:57 Rusiyanın Krasnoyarsk şəhərindəki "Krasmaş" raket zavodu yanır."Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, zavod korpuslarından birinin damı yanıb.Yanğın qısa zamanda böyük əraziyə yayılıb və KİV-də yanğının 5 min kvadratmetr sahəni əhatə etdiyi göstərilib.Hadisə nəticəsində yanan dam örtüyü dağılıb.Hadisə yerində fövqəladə xidmətlər işləyir. Yanğını dördüncü çətinlik səviyyəsinə aid ediblər. Facebook-da paylaş