Metronun bu stansiyasının tavanından su sızır - FOTO

26-04-2019, 20:06           
Metronun bu stansiyasının tavanından su sızır - FOTO
Bakıda metronun “Həzi Aslanov” stansiyasının tunelinin tavan hissəsindən su sığmağa başlayıb.

Stansiyanın giriş hissəsindəki tunelin tavanından su axıb.

Məsələ ilə bağlı sayta açıqlama verən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, su sızmasına səbəb ərazidən keçən su xəttində baş verən nasazlıqdır: “Hadisə ilə bağlı dərhal “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məlumat verilib. “Azərsu” əraziyə qəza xidmətini göndərib. Hazırda problem aradan qaldırılır”.

B.Məmmədov bildirib ki, tuneldəki su sızması metronun işinə mane olmur: “Nə sərnişin axınında, nə də qatarların hərəkətində problem yoxdur”. (Trend)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.