Azərbaycan nefti bahalaşır- Qiymət

27-04-2019, 00:11           
Azərbaycan nefti bahalaşır- Qiymət
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 25-də 77,23 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,52 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 76,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,56 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 74,07 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,74 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 74,31 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,57 dollar/barel çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru