Bakıda akademiyanın şöbə müdiri qəfil öldü – İŞDƏN ÇIXIB EVƏ GEDƏNDƏ…

27-04-2019, 01:13           
Bakıda akademiyanın şöbə müdiri qəfil öldü – İŞDƏN ÇIXIB EVƏ GEDƏNDƏ…
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının şöbə müdiri qəfil vəfat edib.

Teref.Az Publika.az- istinadla xəbər verir ki, akademiyanın İnsan resursları şöbəsinin müdiri İradə Qasımzadə dünyasını dəyişib.

Şöbə müdiri işdən çıxıb evə gedəndən sonra birdən-birə halı pisləşib. Təcili tibbi yardıma müraciət edilsə də İ.Qasımzadə artıq vəfat edib. Onun ürək tutmasından dünyasını dəyişdiyi ehtimal edilir.

Rəssamlıq Akademiyasının kollektivi İradə xanımın vaxtsız vəfatı ilə bağlı başsağlığı verib.

Allah rəhmət eləsin!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru