Dövlətə xəyanətdə ittiham edilən Rzaquliyev hakim qarşısında

28-04-2019, 09:21           
Dövlətə xəyanətdə ittiham edilən Rzaquliyev hakim qarşısında
DTX-nın həbs etdiyi şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan 1985-ci il təvəllüdlü Orxan Rzaquliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası mayın 3-nə təyin edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs ediləm təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham edilir.

İ.Muradov,
Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru