Sabirabadda bir ailə qəzaya düşdü: Ölü və yaralılar var - Yeniləndi

29-06-2019, 09:51           
Sabirabadda bir ailə qəzaya düşdü: Ölü və yaralılar var - Yeniləndi
Sabirabad rayonunda baş verən yol qəzasında ölən və yaralananın adı məlum olub.

Report-un yerli bürosunun məlumatına görə, hadisə nəticəsində Sücəddin Alış oğlu İbadov ölüb, 1973-cü il təvəllüdlü Samir Sücəddin oğlu İbadov isə xəsarət alıb.

Qeyd edək ki, qəzaya düşənlər bir ailənin üzvləri olublar.

***

09:03

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

Report-un Aran bürosu xəbər verir ki, hadisə Qaratəpə kəndi ərazisində qeydə alınıb.

“VAZ-2107” və "Daewoo Nexia” markalı avtomobillər toqquşub. Nəticədə 1 nəfər hadisə yerində dünyasını dəyişib. Eyni zamanda Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Vəsilə Sabir qızı İbrahimova və digər bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hazırda ölən və xəsarət alanın şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru