Əli Nağıyevin yerinə təyinat – Zakir Qaralovdan əmr

29-06-2019, 16:44           
Əli Nağıyevin yerinə təyinat – Zakir Qaralovdan əmr
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyinat olub.
Teref.az xəbər verir ki, bununla bağlı müvafiq əmri Baş prokuror Zakir Qaralov imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Fuad Rəsulov təyinat alıb. O, bundan əvvəl İdarənin Əməliyyat təminatı şöbəsinin rəisi işləyib.

Qeyd edək ki, uzun illər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində Əli Nağıyev çalışıb. Prezident İlham Əliyevin 20 iyun tarixli sərəncamı ilə Ə.Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunub.

Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru