Azərbaycanlı zəvvarları daşıyan avtobus yandı

29-06-2019, 23:37           
Azərbaycanlı zəvvarları daşıyan avtobus yandı
Azərbaycan zəvvarlarını daşıyan avtobus Ərdəbil əyalətində yanıb.

Hadisə bu gün yerli vaxtla saat 17:00 radələrində Ərdəbil əyalətinin Sərçəm magistral yolunda 12-ci tuneldə baş verib.

Azərbaycandan İranın Məşhəd və Qum şəhərlərinə zəvvar aparan avtobusda yanğının başverməsi səbəbi açıqlanmayıb. Ərdəbil əyalətinin Təcili Tibbi Yardım Stansiyasının rəhbəri Məcid Məhəmməd Qəribani bildirib ki, yanğın zamanı sərnişinlərdən heç biri xəsarət almayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.